Bank Of Baku

“Azadlıq” blokunun yanvarın 26-da kütləvi aksiya keçirməsinə icazə verilməyib

“Azadlıq” blokunun yanvarın 26-da kütləvi aksiya keçirməsinə icazə verilməyib
# 24 yanvar 2007 15:43 (UTC +04:00)
AXCP sədrinin müavini Həsən Kərimov APA-ya açıqlamasında deyib ki, Bakı şəhər İH-nin cavab məktubunda blokun istədiyi meydanların şəhərin mərkəzində yerləşdiyi, nəqliyyatın sıx hərəkət etdiyi, dövlət qurumlarına yaxın yerləşən və əhalinin istirahət etdiyi ərazilər olduğu əsas gətirilərək mitinqə icazə verilmədiyi bildirilir: “Amma bizim mitinqlə bağlı qərarımız qüvvədə qalır. Sabah blokun Sədrlər Şurasının iclası keçiriləcək və elan etdiyimiz meydanlardan birində aksiya keçirmək qərarı veriləcək”. Blokun üzvü olan partiyaların ayrı-ayrı meydanlarda eyni vaxtda piketlər keçirməklə bağlı təkliflərinə gəldikdə, H. Kərimov bildirib ki, bu, variantlardan biridir. Sədr müavini belə bir qərarın qəbul edilməsini mümkün sayıb.
Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Yaşar Əliyev APA-ya açıqlamasında sabah “Azadlıq” blokunun nümayəndələrinin idarəyə dəvət olunduqlarını və onlara icazəsiz aksiya keçirəcəkləri təqdirdə tədbirin qarşısının alınacağı barədə xəbərdarlıq ediləcəyini söyləyib: “Bakı şəhər İcra Hakimiyyətinin icazə vermədiyi istənilən qanunsuz aksiyanın qarşısı qətiyyətlə alınacaq”.
Xatırladaq ki, “Azadlıq” bloku yanvarın 26-da saat 15.00-dan 17.00-a kimi Füzuli, Nərimanov, Gənclik, Cəfər Cabbarlı meydanlarının, Cavid, Səməd Vurğun, Sahil bağılarının, İqtisadi İnkişaf Nazirliyinin və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin yerləşdiyi binaların birinin qarşısında aksiya keçirmək üçün şəhər rəhbərliyinə müraciət edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR