Bank Of Baku

Vladimir Putin: “Qafqaz regionunda münaqişələr ehtimalı hələ də yüksəkdir”

Vladimir Putin: “Qafqaz regionunda münaqişələr ehtimalı hələ də yüksəkdir”
# 24 yanvar 2007 16:05 (UTC +04:00)
“Qafqaz regionunda münaqişələr ehtimalı hələ də yüksəkdir, lakin iqtisadi vəziyyət düzəldikcə bu ehtimal azalacaq”. APA-nın məlumatına görə, bu fikirləri Ermənistan prezidenti Robert Köçəryanla görüşdən sonra Rusiya prezidenti Vladimir Putin söyləyib. O, regionda münaqişələrin həlli prosesində ən kəskin məsələlərin belə həllini tapmadığını deyib. Putin əlavə edib ki, Rusiya regionda vəziyyətin normallaşması üçün öz töhfəsini verməyə hazırdır. Ermənistan prezidenti Robert Köçəryan isə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesində optimizmin az olduğunu vurğulayıb. O qeyd edib ki, 1994-cü ildən bəri davam edən atəşkəs prosesinin davam etməsi tərəflərin ATƏT çərçivəsində sülh prosesini davam etməkdə maraqlı olduğunu göstərir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR