Bank Of Baku

Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının VII hesabat-seçki konfransı keçirilib

Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının VII hesabat-seçki konfransı keçirilib
# 24 yanvar 2007 16:15 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) Suraxanı rayon təşkilatının VII hesabat-seçki konfransı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, konfrans 95 ərazi ilk partiya təşkilatından 295 nümayəndə iştirak edib. Rayon təşkilatının sədri Vüqar Seyidov VI konfransdan ötən dövr ərzində görülmüş işlər barədə məruzə ilə çıxış edib. O, bu müddətdə Suraxanı rayon təşkilatının sıralarının genişləndiyini, gənclərin partiyaya axınının gücləndiyini bildirib. Partiyanın icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı ölkədə mövcud ictimai-siyasi vəziyyət və 2008-ci ildə keçiriləcək prezident seçkilərinə hazırlıq bəradə çıxış edib. Konfransda təşkilati məsələlərə baxılıb, 47 nəfərdən ibarət Şura, 21 nəfərdən ibarət İdarə Heyəti və 5 nəfərlik nəzarət-təftiş qrupu seçilib. Vüqar Seyidov yenidən YAP Suraxanı rayon təşkilatının sədri seçilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR