Bank Of Baku

Avropa Şurası Parlament Assambleyası Əhali, Qaçqınlar və Miqrasiya Komitəsinin iclasında Leo Platvoetin məruzəsi müzakirə olunub

Avropa Şurası Parlament Assambleyası Əhali, Qaçqınlar və Miqrasiya Komitəsinin iclasında Leo Platvoetin məruzəsi müzakirə olunub
# 24 yanvar 2007 16:46 (UTC +04:00)
APA-nın Strasburqdakı müxbirinin verdiyi məlumata görə, toplantıda bu mövzu ilə əlaqədar holland parlamentar Leo Platvoetin məruzəsi dinlənilib. Toplantı ilə əlaqədar APA-ya açıqlama verən Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, millət vəkili Gültəkin Hacıyeva məruzədə ən prinsipial məsələnin Dağlıq Qarabağ, Cənubi Osetiya və Abxaziyanın tərəf kimi göstərilməsini qarşısını almaq olduğunu deyib. “Bizim nümayəndə heyətinin etirazından sonra “administrasiya” sözü dırnaq arasında göstərildi. Məruzənin bir bəndində qeyd olunur ki, adı keçən sənə humanitar məsələlərə həsr olunur və onun heş bir bəndi bu rejimlərin tanınması anlamına gələ bilməz. Yəni, Avropa Şurası bu məruzə ilə bir daha Azərbaycan və Ermənistanın ərazi bütövlüyünü birmənalı şəkildə tanıdığını bəyan edir. Məruzədə həmçinin Azərbaycan torpaqlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunduğu göstərilir”. Gültəkin Hacıyeva bu məruzənin AŞPA-nın növbəti sessiyasında müzakirə olunacağını deyib. O, Avropa Şurası Parlament Assambleyasının Azərbaycan, Ermənistan və Gürcüstanda itkin düşmüşlərlə bağlı məruzəçisi Leo Platvoetin AŞPA-nın növbəti sessiyasına kimi regiona səfər etməyəcəyini vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR