Bank Of Baku

Avropa Şurası Nazirlər Komitəsinin sədri Fiorenzo Stolfi: “Münaqişələrlə bağlı qətnamələrin heç bir qüvvəyə malik olmadığını hamımız müşahidə edirik”

Avropa Şurası Nazirlər Komitəsinin sədri Fiorenzo Stolfi: “Münaqişələrlə bağlı qətnamələrin heç bir qüvvəyə malik olmadığını hamımız müşahidə edirik”
# 24 yanvar 2007 17:13 (UTC +04:00)
Çıxışdan sonra Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Qənirə Paşayeva AŞ Nazirlər Komitəsinin sədrinə iki sualla müraciət edib. Qənirə Paşayeva ərazi bütövlüyü pozulmuş Azərbaycan, Gürcüstan və Moldovanın beş ildən artıqdır Avropa Şurasının üzvü olduğunu xatırladıb və Avropa Şurasının bu ölkələrin ərazi bütövlüyünün bərpa və təmin olunmasına mane olan ölkələrə təzyiq mexanizmlərini nə zaman işə salınacağını soruşub. Sualın cavabında Fiorenzo Stolfi bildirib ki, AŞ Nazirlər Komitəsinə rəhbərlik etdiyi dövrdə təmsil etdiyi dövlət beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşır, xüsusilə də ölkələrin ərazi bütövlüyünü və suverenliyini tanıyır. “Bizim prioritetlərimiz dondurulmuş və uzun müddət davam edən münaqişələrin sülh yolu ilə həll olunmasıdır. Siz, Dağlıq Qarabağ münaqişəsini nəzərdə tutursunuzsa, bu problemin həlli ilə ATƏT-in Minsk Qrupu məşğul olur”. Qənirə Paşayevanın “Nazirlər Komitəsi 1416 saylı qətnaməyə məhəl qoymayan Ermənistana qarşı nə üçün öz təsir vasitələrindən istifadə etmir” sualına cavab olaraq Nazirlər Komitəsinin sədri bildirib ki, ötən il sözü gedən münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Nazirlər Komitəsinin bir çox qətnamə və tövsiyələri qəbul edilib. “Lakin biz sözü gedən sənədlərin heç bir qüvvəyə malik olmadığını hamılıqla müşahidə edirik. Bununla belə biz gələn həftə Nazirlər Komitəsinin iclasında münaqişələrlə bağlı məsələləri müzakirə etmək niyyətindəyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR