Bank Of Baku

Bakı Şəhər Baş Polis İdarəsi “Azadlıq” blokuna icazəsiz aksiya keçirməmək barədə xəbərdarlıq edib

Bakı Şəhər Baş Polis İdarəsi “Azadlıq” blokuna icazəsiz aksiya keçirməmək barədə xəbərdarlıq edib
# 25 yanvar 2007 10:34 (UTC +04:00)
Görüş haqda APA-ya məlumat verən H. Kərimov bildirib ki, BŞBPiİ-nin rəis müavini Yaşar Əliyev blokun yanvarın 26-na təyin etdiyi mitinqə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilmədiyini əsas gətirərək, aksiyanın təxirə salınmasını təklif edib. Blok üzvləri isə kütləvi aksiya keçirməyin konsititusiyon hüquqları olduğunu bildirib, aksiyanı keçirəcəklərini deyiblər. Y. Əliyev isə aksiyanın qarşısının alınacağını bildirib.
H. Kərimov onu da qeyd edib ki, blok aksiyanı hansı meydanda keçirəcəyini günün sonunda müəyyənləşdirəcək. Buna baxmayaraq, o, aksiyanın yerinin ictimaiyyət üçün açıqlanmayacağını, bunun yalnız blok üzvlərinə çatdırılacağını qeyd edib.
Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Yaşar Əliyev APA-ya açıqlamasında “Azadlıq” blokunun nümayəndələrinə icazəsiz aksiya keçirəcəkləri təqdirdə tədbirin qarşısının alınacağı barədə xəbərdarlıq edildiyini deyib: “Bakı Şəhər İcra Hakimiyyətinin icazə vermədiyi istənilən qanunsuz aksiyanın qarşısı qətiyyətlə alınacaq”.
Qedy edək ki, “Azadlıq” bloku şəhər rəhbərliyinə Füzuli, Nərimanov, Gənclik, Cəfər Cabbarlı meydanları, Cavid, Səməd Vurğun, Sahil bağları və İqtisadi İnkişaf Nazirliyinin, Dövlət Əmlak Komitəsinin binalarının qarşısında aksiya keçirməklə bağlı müraciət etmişdi. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR