Bank Of Baku

ADP rəhbərliyi Müsavat Partiyasının yanvarın 28-də keçirəcəyi yürüş-mitinqdə iştirak etmək qərarı verib

ADP rəhbərliyi Müsavat Partiyasının yanvarın 28-də keçirəcəyi yürüş-mitinqdə iştirak etmək qərarı verib
# 25 yanvar 2007 10:37 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının (ADP) rəhbərliyi Müsavat Partiyasının yanvarın 28-də keçirəcəyi yürüş-mitinqdə iştirak etmək qərarı verib. Bu barədə APA-ya partiya sədrinin müavini Yaqub Abbasov məlumat verib. Onun sözlərinə görə, bununla bağlı rəhbərlikdə müzakirələr aparılıb və partiya üzvlərinə bu aksiyada iştirak etməklə bağlı müraciət ediləcək: “Mən əvvəlcədən aksiyaların birgə təşkil olunmasına tərəfdar olmuşam və partiyada bu fikirdə olan xeyli şəxs var. Amma “Azadlıq” blokunun rəhbərləri birgə aksiyalar keçirməyə razılıq vermədilər və nəticədə ayrı-ayrılıqda aksiyalar təyin olundu”. Y. Abbasov bildirib ki, “Azadlıq” blokunda olan digər partiyaların da Müsavatın yürüş-mitinqinə qoşulmaq fikri var.
ADP sədrinin digər müavini Həsrət Rüstəmov isə bildirib ki, Müsavatın mitinqinə qoşulmaqla bağlı qərar ondan ibarətdir ki, partiya üzvlərinin bu aksiyaya qoşulmasına hər hansı məhdudiyyət qoyulmayacaq: “Bütün üzvlər sərbəstdir və aksiyada iştirak edə bilərlər. Biz hətta müavinlərdən birinin bu aksiyada iştirak və çıxış etməsini mümkün hesab edirik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR