Bank Of Baku

Yaqub Abbasov: “Azadlıq” bloku üzvlərindən birinin digər müxalifət partiyaları ilə münasibətlərinin sərin olması inteqrasiya prosesini əngəlləyir”

Yaqub Abbasov: “Azadlıq” bloku üzvlərindən birinin digər müxalifət partiyaları ilə münasibətlərinin sərin olması inteqrasiya prosesini əngəlləyir”
# 25 yanvar 2007 11:27 (UTC +04:00)
“Mən Müsavat Partiyasının “Azadlıq” blokunda təmsil olunmasına tərəfdaram və bu barədə fikirlərimi blok nümayəndələrinə də bildirmişəm. Müsavat Partiyasını bu blokdan kənarda qoymaq olmaz”. Bu fikirləri APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyası sədrinin müavini Yaqub Abbasov bildirib. Onun sözlərinə görə, Müsavatın yenidən bu blokda təmsil olunması üçün danışıqlar başlamalı və bununla bağlı razılıq əldə olunmalıdır: “Blokda hələlik dörd siyasi partiya var. Vətəndaş və İnkişaf Partiyası qeydiyyatdan keçmədiyi üçün faktiki olaraq blokda üç partiya təmsil olunur. Orada təmsil olunan partiyalardan birinin digər müxalifət partiyaları ilə münasibətləri sərindir, ona görə müxalifətin bir yerdə olmasına problemlər yaranır. Amma indiyə kimi aparılan pərakəndəlik heç bir effekt verməyib. Biz istəyirik ki, pərakəndəlik olmasın. Mənə elə gəlir ki, blokdakı çoxluq bizim haqlı olduğumuzu qəbul edəcək”. Müsavat Partiyası başqanının müavini Mehman Cavadoğlu isə “Azadlıq” blokunun Müsavatla birgə təsis olunduğunu, lakin sonradan yaranmış fikir ayrılıqlarına görə bloku tərk etdiklərini xatırladıb. Onun sözlərinə görə, Müsavatın bloka qoşulması qənaətinə yalnız bu istiqamətdə aparılan müzakirələr nəticəsində gəlmək olar: “Bunun üçün isə blokun prinsip və şərtlərində dəyişikliyə ehtiyac var. Çünki blok parlament seçkiləri ərəfəsində təsis edilib. Aradan bir müddət keçdiyi üçün şərtlərdə və əsasnamədə situasiyaya uyğun dəyişiklik etmək olar. Bu istiqamətdə ümumi fikir olarsa, Müsavat Partiyası bu müzakirələrdə iştirak edə bilər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR