Bank Of Baku

Milli Məclisin sədri Oqtay Əsədov və Aparatın rəhbəri Səfa Mirzəyev deputatlara müraciət edib

Milli Məclisin sədri Oqtay Əsədov və Aparatın rəhbəri Səfa Mirzəyev deputatlara müraciət edib
# 25 yanvar 2007 12:44 (UTC +04:00)
Bu barədə APA-ya məlumat verən millət vəkili Zahid Oruc deyib ki, parlament rəhbərliyinin müraciəti deputatlara təyin olunacaq köməkçilərlə bağlıdır. Deputat deyib ki, onlara ünvanlanan müraciətdə köməkçilərin işə qəbul olunması üçün vacib olan şərtlər öz əksini tapıb: “Həmin müraciətdə köməkçi təyin olunacaq şəxslərin ali təhsilli olması, hərbi xidmət keçməsi, 5 il əmək təcrübəsinin olması, köməkçisi işləyəcək deputatın seçildiyi ərazidə daimi qeydiyyatda olması və yaxın qohumu olmaması ilə bağlı şərtlər öz əksini tapıb”. Z. Oruc deyib ki, bəzi millət vəkilləri şərtlərin bir qədər dəyişdirilməsini tələb edəcək. Onun sözlərinə görə, deputatların köməkçilərinin əmrinin fevralın 1-dən veriləcəyi gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR