Bank Of Baku

KXCP sədri Mirmahmud Mirəlioğlu: “AXCP ilə münasibətlərin normallaşmasına tərəfdarıq”

KXCP sədri Mirmahmud Mirəlioğlu: “AXCP ilə münasibətlərin normallaşmasına tərəfdarıq”
# 25 yanvar 2007 13:11 (UTC +04:00)
“Biz AXCP ilə münasibətlərin normallaşmasına tərəfdarıq. Hesab edirik ki, onlarla münasibətin qurulması proseslərə mənfi təsir etməyəcək”. Bu fikirləri APA-ya asıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu bildirib. Hazırda tərəflər arasında heç bir problemin olmadığını bildirən M. Mirəlioğlunun sözlərinə görə, AXCP rəhbərliyi ilə münasibətlər 2000-ci ildən bu vaxta qədər olan münasibətdən fərqli olacaq. Partiya sədri bu istiqamətdə hələlik xüsusi addımın atılmasına ehtiyacın olmadığını da bildirib: “Biz bu fikrimizi açıqlamaqla birinci addımı atmış oluruq. Bundan sonrakı addımların alıtması üçün bir qədər zamana ehtiyac var”. AXCP-nin mətbuat xidmətinin rəhbəri İsaq Əvəzoğlu isə APA-ya bildirib ki, onların KXCP ilə əməkdaşlığında heç bir problem yoxdur. O, hakimiyyətə qarşı müxalifət mövqeyində dayanmış bütün partiyalarla əməkdaşlıq etməyə hazır olduqlarını qeyd edib: “Hazırda AXCP “Azadlıq” blokunda təmsil olunduğu üçün kənar partiyalarla əməkdaşlıq etmir. Amma Mirmahmud Mirəlioğlu əməkdaşlıqla bağlı müraciət edərsə, bu, AXCP-nin Rəyasət Heyətində və blokun Sədrlər Şurasında müzakirə oluna bilər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR