Bank Of Baku

Bu ilin aprel ayında Rusiya-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək

Bu ilin aprel ayında Rusiya-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək
# 25 yanvar 2007 13:34 (UTC +04:00)
“Ticarət-iqtisadi əməkdaşlığımız Azərbaycanla Rusiya arasındakı münasibətlərin əsasını təşkil edir”. Bu sözləri APA-ya açıqlamasında Rusiyanın Azərbaycandakı ticarət nümayəndəliyinin rəhbəri Yuri Şedrin deyib. Onun bildirdiyinə görə, 2005-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 1 milyard, 2006-cı ildə isə 1,5 milyard dollar təşkil edib: “2007-ci ildə bu rəqəmi 2 milyard dollara çatdırmağı nəzərdə tuturduq. Lakin təəssüflə qeyd etməliyəm ki, biz bu ilə narahatlıqla qədəm qoyuruq. Çünki Azərbaycanın Rusiyadan qaz alması ilə bağlı danışıqların yekunu olaraq razılaşma əldə olunmayıb. Baş tutsaydı, iki ölkə arasındakı ticarət dövriyyəsində təkcə qazın payı 500 milyon dollar təşkil edəcəkdi”.
Y. Şedrin onu da qeyd edib ki, bu ilin aprel ayında Rusiya-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək. İclasa komissiyanın həmsədrləri Yaqub Eyyubov və Viktor Xristenko sədrlik edəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR