Bank Of Baku

Səməd Seyidov: “AŞPA-nın qış sessiyası Azərbaycanın öhdəliklərinin müzakirə olunacağı aprel sessiyasına hazırlıq mərhələsi idi”

Səməd Seyidov: “AŞPA-nın qış sessiyası Azərbaycanın öhdəliklərinin müzakirə olunacağı aprel sessiyasına hazırlıq mərhələsi idi”
# 27 yanvar 2007 07:15 (UTC +04:00)
Bu sözləri APA-nın Strasburqdakı müxbirinə eksklüziv açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun qış sessiyasının yekunlarını şərh edərkən deyib. Azərbaycan nümayəndə həyətinin istər sənədlərin qəbulunda, istər müxtəlif məsələlərlə bağlı çıxışlarda, istərsə də görüşlərin keçirilməsində aktivlik göstərdiyini qeyd edən S.Seyidov deputatlarımız üçün bu sessiyanın aprel sessiyasına hazırlıq mərhələsi olduğunu vurğulayıb: “AŞPA-nın apreldə keçiriləcək yaz sessiyasında Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərinin yerinə yetirilməsi məsələsi müzakirə olunacaq. Ona görə də bizim bu sessiyada apardığımız iş, keçirdiyimiz görüşlər, etdiyimiz çıxışlar, təqdim etdiyimiz sənədlər - bütün bunlar hamısı Azərbaycanın öhdəliklərinin yerinə yetirilməsi ilə birbaşa bağlı olub. Bu baxımdan sessiyada fəaliyyətimizi ümumi şəkildə müsbət qiymətləndirirəm”.
S.Seyidov Azərbaycan nümayəndə heyətinin xüsusən Ermənistanın öhdəlikləri ilə bağlı məsələnin müzakirəsində uğursuz fəaliyyət göstərməsi ilə bağlı məsələlərə də toxunaraq, sessiya çərçivəsində nümayəndə həyətinin rəhbəri kimi bütün vacib məsələlərlə bağlı AŞ rəhbərliyi ilə görüşlər keçirdiyini, ayrı-ayrı məsələlər qaldırdığını və bütün məsələlərin diqqətlə araşdırıldığını söyləyib: “Lakin bunlar hansı işlərdir, bunu AS rəhbərliyi də bilir. Deyə bilərəm ki, atılmış və atılacaq bütün addımlar Azərbaycan nümayəndə heyətinin və Azərbaycanın maraqlarına uyğundur". /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR