Bank Of Baku

BMT-nin xüsusi elçisi: Yanlış risk qiymətləndirilməsi inkişaf etməkdə olan ölkələrdə borc yükünü artırır

BMT-nin Dayanıqlı İnkişafın Maliyyələşdirilməsi üzrə Xüsusi Elçisi Mahmud Muhyiddin

© APA | BMT-nin Dayanıqlı İnkişafın Maliyyələşdirilməsi üzrə Xüsusi Elçisi Mahmud Muhyiddin

# 16 iyun 2026 13:08 (UTC +04:00)

Bir çox inkişaf etməkdə olan ölkələr ədalətsiz maliyyə qiymətləndirmələri səbəbindən daha yüksək faizlərlə borc alır.

"APA-Economics" xəbər verir ki, bunu BMT-nin Dayanıqlı İnkişafın Maliyyələşdirilməsi üzrə Xüsusi Elçisi Mahmud Muhyiddin Bakıda keçirilən İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsində “8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu: Dayanıqlı inkişaf üçün innovativ maliyyələşmə – yardım və ənənəvi Rəsmi İnkişaf Yardımının (ODA) hüdudlarından kənarda” mövzusunda təşkil olunan sessiyada bildirib.

Onun sözlərinə görə, bu səbəbdən borc problemi də ciddi məsələlərdən biridir:

"Afrika ölkələrinin real defolt riski 3.5%-dən az olduğu halda, onlardan 13–14% və daha yüksək faizlər tələb olunur.
Bu, sistemdə yanlış qiymətləndirməni göstərir və borc yığılmasının əsas səbəblərindən biridir. İnfrastruktur maliyyəsində isə xarici maliyyələşmə hələ də dominantdır, özəl sektorun payı isə cəmi 11%-dir. Bu vəziyyət dəyişməlidir" - deyə o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR