Bank Of Baku

Elçin Behbudov: ““Azadlıq” blokunun yanvarın 26-da keçirilmiş icazəsiz piketində saxlanılan 14 nəfər mənim xahişimlə azad edilib”

Elçin Behbudov: ““Azadlıq” blokunun yanvarın 26-da keçirilmiş icazəsiz piketində saxlanılan 14 nəfər mənim xahişimlə azad edilib”
# 27 yanvar 2007 09:36 (UTC +04:00)
““Azadlıq” blokunun yanvarın 26-da keçirilən sanksiyalaşdırılmamış piketində saxlanılan 14 nəfər mənim xahişimlə azad edilib. Blok üzvlərinin öz gücləri hesabına azad olunmaları ilə bağlı dedikləri həqiqətə uyğun deyil”. Bu sözləri APA-ya açıqlamasında İşgəncələrə Qarşı Müdafiə Komitəsinin Azərbaycan bölməsinin rəhbəri Elçin Behbudov bildirib. Onun sözlərinə görə, blokun aksiyasından sonra saat 17.00-radələrində müxalifətçilərin saxlanıldığı Xətai rayon 37-ci polis bölməsinə gedib: “Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşları da orada idilər. Mən onlarla danışıqlar apardım və saxlanılanların azad edilməsini xahiş etdim. Mənim xahişimi nəzərə alaraq protokol tərtib olunduqdan sonra 14 nəfərin hamısı azad edildi”.
AXCP-nin mətbuat xidmətinin rəhbəri İsaq Əvəzoğlu isə APA-ya açıqlamasında bildirib ki, blok tərəfindən saxlanılanların öz gücləri hesabına azad olunmaları ilə bağlı heç bir fikir səslənməyib: “Elçin Behbudov bütün ağır məqamlarda yanımızda olub və sonuncu aksiyada saxlanılanlar da hüquq müdafiəçilərinin, həmçinin, Elçin Behbudovun səyi nəticəsində azad olunublar”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR