Bank Of Baku

Müsavat Partiyası mitinq keçirib

Müsavat Partiyası mitinq keçirib
# 28 yanvar 2007 19:54 (UTC +04:00)
Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiyanı Müsavat Partiysının Divan üzvü İbrahim İbrahimli aparıb. Mitinqdə partiya başqanı İsa Qəmbər, partiyanın İcra Aparatının rəhbəri Arif Hacılı, Məclis sədri Sülhəddin Əkbər, millət vəkili Pənah Hüseyn və başqaları çıxış ediblər. “Bahalaşmaya yox!” şüarı ilə keçirilən aksiyada çıxış edən Müsavat Partiyasının başqanı İsa Qəmbər insanları qiymət artımına etiraz etməyə çağırıb. O, qiymətlər endirilənə qədər belə aksiyaları davam etdirəcəklərini vurğulayıb.
Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya daxil olan məlumatda yürüş-mitinqin Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırmaya uyğun olaraq, bu gün saat 16-dan 18-dək keçirildiyi, aksiyada Musavat, Ümid və digər bir neçə müxalifət pattiyasının ümumi sayı 600 nəfərə qədər olan üzvü və təəssübkeşinin iştirak etdiyi bildirilib. Aksiya zamanı ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR