Bank Of Baku

Mixail Saakaşvili: “Rusiya Gürcüstana təbii qazı Ermənistana satdığı qiymətə satmalıydı”

Mixail Saakaşvili: “Rusiya Gürcüstana təbii qazı Ermənistana satdığı qiymətə satmalıydı”
# 29 yanvar 2007 08:24 (UTC +04:00)
“Rusiyanın Gürcüstana təbii qazı Ermənistana satdığı qiymətə satması ədalətli olardı”. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu sözləri ölkə prezidenti Mixail Saakaşvili “Exo Moskvı” radiostansiyasına müsahibəsində deyib. O bildirib ki, Moskva Gürcüstan üçün təbii qazın satış qiymətini müəyyən edərkən kommersiya məntiqindən çıxış etməyib: “Biz Ermənistanın Gürcüstan ərazisi ilə 110 dollara qaz almasının əleyhinə deyilik, ancaq Gürcüstanın da qazı bu qiymətə alması ədalətli olardı”. Ölkənin təbii qazla təminatına toxunan M. Saakaşvili bildirib ki, hazırda Gürcüstana lazım olan qazın üçdə biri Azərbaycandan gəlir və fevral-mart aylarında bu rəqəm 80 faizə çatacaq: “Yalnız bir kanala bağlı qalmaq hər zaman pisdir hətta bu kanal dost ölkədən gəlsə belə”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR