Bank Of Baku

Azərbaycanın Almaniyadakı səfirliyi Xocalı soyqırımı haqqında alman dilində kitab nəşr etdirib

Azərbaycanın Almaniyadakı səfirliyi Xocalı soyqırımı haqqında alman dilində kitab nəşr etdirib
# 29 yanvar 2007 08:39 (UTC +04:00)
Azərbaycanın Almaniyadakı səfirliyi Xocalı soyqırımının 15-ci ildönümü ilə əlaqədar alman dilində kitab nəşr etdirib. Bu barədə APA-ya Azərbaycanın Almaniyadakı səfirliyinin II katibi Nəsimi Ağayev məlumat verib. N. Ağayevin sözlərinə görə, kitabda Xocalı soyqırımı haqqında ətraflı məlumatlar, soyqırım şahidlərinin ifadələri, həmin dövrdə bu dəhşətli hadisəyə dair Qərb mətbuatında dərc olunmuş məqalələrin alman dilinə tərcüməsi, “Human Rights Watch” təşkilatının, “Memorial” İnsan Haqları Mərkəzinin, Avropa Şurası Parlament Assambleyasının sənəd və məruzələri, fotoşəkillər, qətl edilmiş uşaqların siyahısı və s. öz əksini tapıb. Böyük tirajla nəşr edilmiş kitab fevralın 26-da səfirliyin soyqırımın 15 illiyi ilə bağlı Berlində keçirəcəyi tədbirdə təqdim olunacaq. Bundan əlavə, səfirlik kitabı Almaniyanın müxtəlif dövlət orqanları, Bundestaq, ayrı-ayrı federal torpaqların Landtaq (yerli qanunvericilik orqanı) üzvləri, kütləvi informasiya vasitələri və geniş ictimaiyyət arasında yayacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR