Bank Of Baku

Arif Hacılı: “ADP-nin siyasi mövqeyində dəyişiklik etməsi ilə bağlı arqumentlər siyasi riyakarlıqdan başqa bir şey deyil”

Arif Hacılı: “ADP-nin siyasi mövqeyində dəyişiklik etməsi ilə bağlı arqumentlər siyasi riyakarlıqdan başqa bir şey deyil”
# 31 yanvar 2007 14:52 (UTC +04:00)
Bu fikirləri APA-ya açıqlamasında Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib. Hazırda Müsavat Partiyasının bu məsələni araşdırdığını bildirən A. Hacılı gələn həftə Divanın iclasında bununla bağlı müzakirədən sonra münasibət bildirəcəklərini qeyd edib: “Hakimiyyətin siyasətində guya hansısa dəyişikliyin olması ilə əlaqədar ADP-nin siyasi mövqeyində dəyişiklik etməsi barədə səslənən fikirlər tamamilə qeyri-səmimi, yalan və hansısa bizə məlum olmayan məqsədləri gizlətmək niyyəti ilə ortaya atılmış fikirlərdir”. Müsavatın bu araşdırmasının partiyanın cəmiyyətdə və siyasətdə nə baş verdiyini müəyyənləşdirmək istəyi ilə əlaqələndirən A. Hacılı ““Azadlıq” bloku özünü müxalifət, özü də radikal müxalifət bloku adlandırır. Müsavat Partiyasını hakimiyyətə loyal mövqe tutmaqda ittiham edən blokun guya hakimiyyətin siyasətində hansısa dəyişikliklərin olmasını iddia edərək siyasi kursunu dəyişən ADP-ni müdafiə etməsi yeni siyasi aksiyadır. Ona görə də biz məsələni araşdırırıq, yaxın günlərdə mövqeyimizi açıqlayacağıq. Blok tərəfindən bu qərarın müdafiə olunmasının izahı da çətindir, ona görə də müəyyən araşdırmalara ehtiyac var”.
ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu isə səslənən ittihamları qəbul etmədiyini bildirib. Müsavat başqanı İsa Qəmbəri kifayət qədər yaxşı tanıdığını bildirən S. Cəlaloğlu da APA-ya açıqlamasında ADP-nin bu qərarını tamamilə yeni və Azərbaycanda yaranmış gərgin vəziyyətdən çıxmaq üçün konstruktiv yol adlandırıb: “Ona görə də Müsavat funksionerləri tələsməsinlər. Onlara yaxın qəzetlər də yazırdı ki, guya “Azadlıq” bloku dağılacaq, Müsavat liderləri zamanı qabaqlayan və səhv proqnozlar verirlər. Mənə elə gəlir ki, Müsavat Partiyası da prosesin gedişində bu siyasi dialoqa qoşulmaq barədə qərar qəbul edəcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR