Bank Of Baku

Sərdar Cəlaloğlu: “Mən Rəsul Quliyevin informasiya mənbəyi olmamışam”

Sərdar Cəlaloğlu: “Mən Rəsul Quliyevin informasiya mənbəyi olmamışam”
# 31 yanvar 2007 14:55 (UTC +04:00)
“Bizim iqtidarla dialoqla bağlı qəbul etdiyi sənəd adi kağız parçası deyil. Bu sənəd ADP-nin Ali Məclisinin iradəsini ifadə edən fikirlərin yazıldığı bir kağız parçasıdır”. Bu fikirləri APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Sərdar Cəlaloğlu partiya sədri Rəsul Quliyevin Ali Məclisin qəbul etdiyi sənədlə bağlı fikirlərinə münasibət bildirərkən deyib. Sənəddə yazılanların həyata keçməyəcəyi halda onun doğrudan da əhəmiyyətsiz bir kağız parçası olacağını bildirən S. Cəlaloğlunun fikrincə, bəzən bir kağız parçası müharibəyə də səbəb olur: “Ona görə düşünrəm ki, bizim bu kağız parçamız Azərbaycanda siyasi mühitin dəyişməsində mühüm sənəd olacaq. Burada kağızı çox ittiham etmək lazım deyil. İttiham olunası biz ola bilərik ki, bu işi həyata keçirə biləcəyik, ya yox. Hər halda mən hesab edirəm ki, Rəsul Quliyevin narahatçılığı səmimi bir narahatçılıqdır”. S. Cəlaloğlunun fikrincə, son vaxtlar dövlət başçısının, Prezident Aparatının rəsmilərinin və YAP nümayəndələrinin verdiyi bəyanatlardan müxalifətlə dialoqda müsbət irəliləyişlər olaacağı təssüratı yaranıb. Ona görə də tələsməyə ehtiyac görməyən birinci müavin R. Quliyevin Azərbaycanda olmadığını əsas gətirərək hadisələrlə, faktlarla ətraflı tanış olmadığını qeyd edib: “Güman edirəm ki, qəbul etdiyimiz sənəd bir kağız olaraq qalmayacaq. Azərbaycanın yaxın siyasi tarixində yeni bir dönəmin başlanması üçün bu tarixi bir qərardır. Yaşayıraq, görərik. Rəsul Quliyev liderdir, o istənilən bəyanatı verə bilər. Mənim vəzifəm partiyanın mənim qarşıma qoyduğu vəzifəni yerinə yetirməkdir”. S. Cəlaloğlu partiya sədrinin onun mətbuat açıqlşama verərkən izafi coşqunluq vəziyyətdə olması ilə bağlı fikirlərinə də münasibət bildirib. Onun sözlərinə görə, partiya sədri onun adından yayılmış yalnış fikrə münasibət bildirərkən bu ifadəni işlədib: “Jurnalistlər məndən qərarla razılaşmayanların addımının nə ola biləcəyi ilə marpaqlanıblar, mən də bildirmişəm ki, “kimsə özünü bu qərarın çərçivəsinə sala bilmirsə partiyadan gedəcək”. Bu fikirləri elə təqdim ediblər ki, guya Rəsul Quliyevlə bağlı demişəm. Sədr də bu fikrə münasibət bildirəndə bunu etikadan kənar hesab edib. Əlbəttə, partiya sədri haqqında belə bir söz deməyim etikadan kənar olardı. Ona görə də bu sözləri qətiyyən özümə aid etmirəm”. S. Cəlaloğlu R. Quliyevlə əldaqələrinin çox seyrək olduğunu və bunun da işgüzar xarakter daşıdığını bildirib: “Mən ona hansısa qəzetin nə yazması haqda məlumat vermirəm. Birinci müavin olaraq səlahiyyətlərimə aid olan məsələlərlə bağlı məlumat verirəm. Yəni mən Rəsul Quliyevin informasiya mənbəyi olmamışam”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR