Bank Of Baku

“İqtisadi islahatlar və əhalinin sosial müdafiəsi” mövzusunda konfrans keçirilib

“İqtisadi islahatlar və əhalinin sosial müdafiəsi” mövzusunda konfrans keçirilib
# 31 yanvar 2007 15:04 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “İqtisadi islahatlar və əhalinin sosial müdafiəsi” mövzusunda konfrans keçirilib. APA-nın məlumatına görə, YAP sədrinin müavini, icra katibi Əli Əhmədov çıxışında bildirib ki, partiya Azərbaycanda həyata keçirilən iqtisadi islahatlarla bağlı iki həftə ərzində bir necə konfrans təşkil edib. O, ölkədə aparılan iqtisadi islahatların əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət etdiyini deyib: “Ölkəmizin dünya birliyinə inteqrasiyası Azərbaycanı daha əhəmiyyətli dövlətə çevirib. Ona görə də iqtisadi islahatlar qaçılmazdır”. Toplantıda əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov, təhsil nazirinin müavini Elmar Qasımov, səhiyyə nazirinin müavini Elsevər Ağayev mövzu ətrafında çıxış ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR