Bank Of Baku

Azərbaycan prezidentinin Fransaya səfərinin sonunda birgə bəyannamə imzalanıb

Azərbaycan prezidentinin Fransaya səfərinin sonunda birgə bəyannamə imzalanıb
# 31 yanvar 2007 15:57 (UTC +04:00)
APA-nın Avropa bürosunun məlumatına görə, bəyannamədə hər iki ölkənin “Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq” sazişində sadalanmış prinsiplərə sadiq qaldığı vurğulanıb: “ Bu çərçivədə Fransa Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan etdi. Hər iki ölkə ikitərəfli münasibətlərin bütün sahələrdə müsbət inkişaf etdiyini və bütün səviyyələrdə fəal və dərin siyasi dialoqun davam etdirilməsini vurğuladılar”.
Bəyannamədə iki ölkə arasında iqtisadi əməkdaşlığın da uğurlu olduğu qeyd olunub: “Azərbaycanla Fransa enerji sahəsində əməkdaşlığın səviyyəsindən, Fransa şirkətlərinin Azərbaycandakı fəaliyyətindən razıdır. İki ölkə arasında ticarət mübadiləsinin artması alqışlanır, iqtisadi əlaqələrin daha da inkişafı ilə bağlı səylər davam edir. Hər iki ölkə mədəniyyət, təhsil, səhiyyə və sosial müdafiə sahəsində əməkdaşlığın davam etməsinə, mədəniyyət günlərinin təşkilinə mühüm önəm verdiklərini qeyd etdi”.
Ermənistan-Azərbaycan münaqişəsinə də toxunulan bəyannamədə beynəlxalq terrorizm, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların satışı ilə məşğul olanlar, kütləvi qırğın silahlarının yayılması, transmilli mütəşəkkil cinayətkarlıq, qanunsuz silah və insan alverinə qarşı daha yaxşı mübarizə aparmaq üçün ikitərəfli və çoxtərəfli əməkdaşlığa yeni təkan vermək istəyi də təsdiqlənib. ATƏT-in Minsk qrupunun Rusiya, ABŞ və Fransadan olan həmsədrlərinin vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair baza prinsiplərinin razılaşdırılması üzrə tərəflərin mövqelərinin yaxınlaşması ilə əlaqədar danışıqlarda irəliləyişlərin olmasından məmnunluq ifadə olunub. Münaqişənin sülh yolu ilə, ədalətli və tez həlli üçün səylərin daha da artırılmasının vacibliyini qeyd edilib.
Bəyannamədə həmçinin yeni qonşuluq siyasəti çərçivəsində Avropa ittifaqı ilə Azərbaycan arasında Fəaliyyət Planının imzalanması alqışlanıb, həmçinin Avropanın enerji təchizatında Xəzər bölgəsinin mühüm rol oynadığı vurğulanıb.
Sənəddə iki ölkə arasında mədəniyyətlərarası dialoqun vacibliyi, həmçinin din və etiqad azadlıqlarının inkişafına və sivilizasiyaların qovuşmasına dəstəyin davam etdirilməsinin vacibliyi qeyd olunub: “İki ölkə yüksək səviyyədə qarşılıqlı səfərləri davam etdirmək barədə razılığa gəldi. Fransanın prezidenti 2007-ci ilin birinci yarısında Azərbaycana səfər etməyi nəzərdə tutur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR