Bank Of Baku

Fazil Qəzənfəroğlu: “Böyük Quruluş Partiyası ilə Ədalət Partiyasının birləşməsi məsələsi gündəmdə deyil”

Fazil Qəzənfəroğlu: “Böyük Quruluş Partiyası ilə Ədalət Partiyasının birləşməsi məsələsi gündəmdə deyil”
# 31 yanvar 2007 16:16 (UTC +04:00)
“Böyük Quruluş Partiyasının Ədalət Partiyası ilə müzakirələri yalnız blok yaradılması ilə bağlıdır. İki partiyanın birləşməsi haqda deyilənlər kimlərinsə subyektiv fikridir”. Bu sözləri APA-ya açıqlamasında Böyük Quruluş Partiyasının (BQP) başqanı Fazil Qəzənfəroğlu deyib. F.Qəzənfəroğlu bildirib ki, partiyalarının ofisi olmadığından, müvəqqəti olaraq Ədalət Partiyasının qərargahından istifadə edirlər və kimlərsə bundan istifadə edərək, belə şayiələr yayıb. O, gündəmdə belə bir məsələnin olmadığını vurğulayıb: “Belə bir məsələ olduğu təqdirdə, bu, mətbuat səhifələrinə çıxarılmır, partiya rəhbərlərinin öz arasında müzakirə edilir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR