Bank Of Baku

Etimad Əsədov: “Azərbaycan xalqı hakimyyətlə bir araya gəlib, müxalifətin oyunlarından canını qurtarmalıdır”

Etimad Əsədov: “Azərbaycan xalqı hakimyyətlə bir araya gəlib, müxalifətin oyunlarından canını qurtarmalıdır”
# 31 yanvar 2007 16:18 (UTC +04:00)
Qarabağ Qaziləri İctimai Birliyi (QQİB) Azərbaycan Demokrat Partiyasının (ADP) hakimiyyətlə siyasi dialoq aparmaqla bağlı qərarını dəstəkləyir. Bu barədə APA-ya ictimai birliyin sədri Etimad Əsədov məlumat verib. Onun sözlərinə görə, ADP bu məsələdə düzgün mövqedədir: ”Lazım gələrsə, ictimai birlik bu məsələdə partiya ilə əməkdaşlıq edəcək. Partiyanın qərarının dəstəklənməsinin səbəblərinə gəldikdə E. Əsədov siyasi arenada özlərini müxalifət adlandıran partiyaların mövqeləri, onların parçalanması, birgə mövqeyin ortaya qoyulmaması ilə izah edib: “Müxalifət partiyalarının nüfuzlarını itirməsi, mübarizə apara bilməmələri, zaman-zaman seçkiləri saxta sayıb, sonradan növbətçilik əsasında seçkiləri tanımaqla bağlı addımları, tanımadıqları seçikilərdə iştirak edib parlamentdə oturmaları bizə bu qərar üçün əsas verir. Özünü “ana”, “ata” müxalifət adlandıran partiyalar hamısı sadəcə oyun oynamaqla, partiya və fərdi maraqlarını güdməklə məşğuldurlar. Biz düşünürük ki, Azərbaycan dövlətinin xarici və daxili siyasəti ilə bağlı ölkə rəhbərliyinin apardığı siyasət müzakirə olunmalı və dəstəklənməlidir. Azərbaycan xalqı hakimyyətlə bir arada olub. Qarabağ probleminin həllinə nail olmalıdı, müxalifətin oyunlarından canlarını qurtarmalıdırlar”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR