Bank Of Baku

Uydurma “erməni soyqırımı”nın tanınmasını nəzərdə tutan qanun layihəsi ABŞ Nümayəndələr Palatasına təqdim olunub

Uydurma “erməni soyqırımı”nın tanınmasını nəzərdə tutan qanun layihəsi ABŞ Nümayəndələr Palatasına təqdim olunub
# 31 yanvar 2007 16:32 (UTC +04:00)
Konqresmenlər Frenk Pallone, Co Nollenberq, Corc Radanoviç və Adam Şiff uydurma “erməni soyqırımı”nın rəsmi tanınmasını nəzərdə tutan qanun layihəsini Nümayəndələr Palatasına təqdim ediblər. Bu barədə APA-ya Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib. Səfirlikdən bildiriblər ki, adı çəkilən konqresmenlər məsələ ilə bağlı Nümayəndələr Palatasında brifinq keçiriblər. Onların fikrincə, bu dəfə layihənin qəbul olunacağına ümid çoxdur və bu ümid Nümayəndələr Palatasına Nensi Pelosinin spikerlik etməsi ilə əlaqədardır. Belə ki, xanım Pelosi seçki kampaniyası zamanı erməni diasporuna bu barədə vəd verib. Prosedura görə, qanun təklifinə əvvəlcə Nümayəndələr Palatasının Xarici İşlər Komitəsində baxılmalıdır. Təcrübədən məlumdur ki, sənəd komitədən problemsiz keçəcək. Amma layihənin Nümayəndələr Palatasındakı aqibətinin necə olacağı hələlik məlum deyil. Ötən illərdə olduğu kimi, Türkiyə yenə yəhudi lobbisinin dəstəyini qazanarsa, ermənilərin cəhdi növbəti dəfə iflasa uğraya bilər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR