Bank Of Baku

Daxili işlər naziri Ramil Usubov Belarusun Azərbaycandakı səfirini qəbul edib

Daxili işlər naziri Ramil Usubov Belarusun Azərbaycandakı səfirini qəbul edib
# 31 yanvar 2007 16:47 (UTC +04:00)
Bu gün daxili işlər naziri, general-polkovnik Ramil Usubov Belarus Respublikasının Azərbaycandakı səfiri Nikolay Paskeviçi qəbul edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qonağı yeni təyinatı münasibətilə təbrik edən nazir Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının işğal olunması, soydaşlarımızın yurd-yuvalarından didərgin düşməsi barədə danışıb. Nazir bildirib ki, Heydər Əliyevin apardığı siyasət nəticəsində ölkədə sabitlik bərpa olunub, kriminogen durum nəzarət altına alınıb. Heydər Əliyevin müəyyən etdiyi bu siyasəti indi prezident İlham Əliyevin davam etdirdiyini deyən nazir iki ölkənin daxili işlər nazirlikləri arasında əlaqələrin inkişafına toxunub. Səfir, öz növbəsində, hər iki dövlətin müvafiq qurumları, o cümlədən Daxili İşlər nazirlikləri arasında əlaqələrin möhkəmlənməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR