Bank Of Baku

Daxili işlər naziri ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersini qəbul edib

Daxili işlər naziri ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersini qəbul edib
# 31 yanvar 2007 16:51 (UTC +04:00)
Bu gün daxili işlər naziri, general-polkovnik Ramil Usubov ABŞ-ın ölkəmizdəki səfiri, xanım Ann Dersini qəbul edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirliyin və onun müvafiq qurumlarının ABŞ səfirliyi ilə əməkdaşlığının son illər daha da inkişaf etməsindən razılığını bildirən R. Usubov səfirliyin nümayəndələrinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları üçün ötən ilin fevralında keçirilən test imtahanlarında səfirliyin nümayəndələrinin yaxından iştirak etdiyini, insan alverinin qurbanları üçün nəzərdə tutulan xüsusi reabilitasiya mərkəzinin sığınacağın tikilib istifadəyə verilməsi prosesində məsləhət və tövsiyə xarakterli yardımlarını xatırladıb. Qeyd olunub ki, ABŞ səfirliyinin transmilli mütəşəkkil cinayətkarlıqla, o cümlədən beynəlxalq terrorçuluq, insan alveri, qanunsuz miqrasiya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində, odlu silahlar və partlayıcı maddələrin yayılmasının, eləcə də kütləvi qırğın silahlarının qarşısının alınması mövzusunda Amerikada, Macarıstanda və Azərbaycanda təşkil etdiyi təlim kurslarında, seminar və iclaslarda daxili işlər orqanlarının 100 nəfərədək əməkdaşı iştirak edib. Eyni zamanda, səfirliyin təşəbbüsü ilə bu il yanvarın 8-dən etibarən nazirliyin əməkdaşları üçün təşkil edilən 10 həftəlik ingilis dili kurslarına 30 nəfər cəlb olunub. Səfir ətraflı məlumat üçün nazirə minnətdarlığını bildirib, ABŞ səfirliyi ilə nazirlik arasında əməkdaşlığın inkişafı etməsi üçün bəzi təkliflər verib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR