Bank Of Baku

Türkiyə parlamentinin ATƏT qrupunun rəhbəri Nevzat Yalçıntaş: “Azərbaycan savaşa hazır olmalıdır”

Türkiyə parlamentinin ATƏT qrupunun rəhbəri Nevzat Yalçıntaş: “Azərbaycan savaşa hazır olmalıdır”
# 02 fevral 2007 09:45 (UTC +04:00)
Ancaq burada qarmaqarışıq bir məsələ də yoxdur. Çünki Azərbaycan torpaqları hücuma məruz qalaraq başqa bir ölkə tərəfindən dünyanın gözü qarşısında işğal olunub. Ermənilər başqa ölkələrin də dəstəyi ilə tarixdə həmişə tərtəmiz türk torpağı olmuş Qarabağı işğal ediblər. İndi sadəcə, torpaqların dərhal və qeydsiz-şərtsiz boşaldılmasından söhbət gedə bilər. Minsk Qrupunun mövqeyi isə işğalçıya edilən güzəştdən başqa bir şey deyil”. Bu sözləri APA-ya açıqlamasında Türkiyə Böyük Millət Məclisinin ATƏT qrupunun rəhbəri, Ədalət və İnkişaf Partiyasının aparıcı simalarından biri olan professor Nevzat Yalçıntaş deyib. Öz torpaqlarını işğaldan xilas etmək üçün Azərbaycanın nə etməli olduğuna dair suala millət vəkili Osmanlı dövründən qalma qədim sözlə cavab verib: Hazır ol cəngə, əgər istəyirsən sülhü-salah: “Bugünkü türkcə ilə desək, torpaqlarının qəsb olunmasını istəmirsənsə, sülh arzulayırsansa, savaşa hazır ol. Azərbaycan öz torpaqlarını qorumağa hazır olmalıdır. Bunun üçün lazım olan işlərin hamısı görülməlidir. Əlbəttə ki, bugünkü şəraitdə məsələnin sülh yolu ilə həllinə üstünlük verilə bilər. Bilirsiniz ki, mən yaxın günlərə qədər ATƏT Parlament Assambleyasının birinci vitse-prezidenti idim. TBMM-də ATƏT qrupunun rəhbəriyəm. BMT-dən sonra ən böyük təşkilat olan ATƏT-in əsas hədəfi münaqişələrin sülh yolu ilə həll edilməsidir. Ancaq problem sülh yolu ilə həll edilmirsə, haqsızlıqlara baş əyməmək üçün can Azərbaycanımızın hər şeyə hazır olması lazımdır”. Azərbaycanla Türkiyə arasında təhlükəsizlik müqaviləsinin hələ də imzalanmamasına münasibət bildirin N. Yalçıntaş bunun səbəbini bilmədiyini söyləyib. Onun sözlərinə görə, beynəlxalq vəziyyət əl verən kimi, belə bir müqavilə dərhal imzalanmalıdır. Bununla yanaşı, professor bildirib ki, bu müqavilə qəlblərdə və qanda mövcuddur: “Hansısa Türkiyə və Azərbaycan türkünün bunun əksini düşünməsindən söhbət gedə bilməz. Bu imza bizim qanımızda, qəlbimizdə, ruhumuzda atılıb. Azərbaycanın qorunmasında Türkiyə qətiyyən geri addım ata, tərəddüd edə bilməz. Türkiyə lazımi anda Kiprə ordu ilə müdaxilə edib. Bunun Azərbaycandakı örnəyini görmək istəyənlər maşına minib Şamaxıya tərəf getsinlər. Orada qanları ilə Azərbaycan torpaqlarını sulayan türkiyəli qardaşlarının məzarını görəcəklər. Osmanlı İmperiyası yıxılanda biz vətənin o biri guşəsinə - Azərbaycana köməyə getmişik, çünki bizim üçün Anadolu və Azərbaycan arasında fərq yoxdur. Bu imza Şamaxıda yatan şəhidlərin məzarında var”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR