Bank Of Baku

Metyu Brayza: “PKK-nın sığınacaqlarını məhv edəcəyik”

Metyu Brayza: “PKK-nın sığınacaqlarını məhv edəcəyik”
# 02 fevral 2007 10:00 (UTC +04:00)
ABŞ dövlət katibinin müavininin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Metyu Brayza Türkiyənin xarici işlər naziri Abdulla Gülün Vaşinqtona səfəri ərəfəsində Türkiyə mətbuatı üçün brifinq keçirib. APA-nın Türkiyə bürosunun xəbərinə görə, M. Brayza bildirib ki, ABŞ PKK terror təşkilatına qarşı mübarizədə qısa müddətdə konkret addımlar atmalıdır, əks təqdirdə Türkiyə qarşısında etibarını itirəcək: “PKK terror təşkilatı ilə bağlı Türkiyəyə verdiyimiz sözü yerinə yetirməli olduğumuzu bilirik. Bunu yalnız Türkiyənin liderləri və ordusu yox, türk xalqı tələb edir. Terrorçuların sığınacaqlarını məhv etmək məcburiyyətindəyik və bunu edəcəyik. Qısa müddətdə konkret nəticə əldə olunmalıdır. Bunu etməsək, etibarımızı qoruya bilməyəcəyik”. M. Brayza türk ordusunun PKK terrorçularına qarşı hərbi əməliyyat keçirmək üçün İraqa girməsi ehtimalı ilə bağlı suala cavabında deyib ki, bütün addımlar Ankara, Vaşinqton və Bağdad arasında koordinasiyalı şəkildə atılmalıdır: “Amma bu, hərbi əməliyyata qırmızı və ya yaşıl işıq yandırdığımız mənasına gəlmir”. ATƏT-in Minsk Qrupunun həmsədri vəzifəsini də tutan M. Brayza bu günlərdə Nümayəndələr Palatasına təqdim edilən uydurma “erməni soyqırımı” ilə bağlı qanun layihəsinin əleyhinə olduqlarını bildirib. Onun sözlərinə görə, qarışıq tarixi məsələlərlə bağlı siyasi qərarlar qəbul etmək yanlışdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR