Bank Of Baku

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Marko Borsotti Rusiyaya təyinat alıb

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Marko Borsotti Rusiyaya təyinat alıb
# 02 fevral 2007 10:09 (UTC +04:00)
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqamının rezident nümayəndəsi postuna Bruno Pueza təyin olunub. APA-nın məlumatına görə, bunu Azərbaycanda səlahiyyət müddətinin başa çatması ilə əlaqədar mətbuat konfransı keçirən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Marko Borsotti bildirib. Onun dediyinə görə, Bruno Pueza fransalıdır, 20 ildir ki, BMT sistemində çalışır, son iş yeri BMT-nin Moldovadakı ofisi olub.
Diplomatik mənbələrdən APA-ya məlum olub ki, Bruno Pueza artıq Bakıdadır və etimadnaməsini Azərbaycan prezidentinə təqdim edəndən sonra səlahiyyətlərinin icrasına başlayacaq. Marko Borsotti isə Azərbaycanı sabah tərk edəcək. O, BMT-nin Rusiyadakı təmsilçisi təyin olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR