Bank Of Baku

Zəminə Dünyamalıyeva: “YAP-la dialoq barədə qərar qəbul edərkən ADP Ali Məclisinin iclasında yetərsay olmayıb”

Zəminə Dünyamalıyeva: “YAP-la dialoq barədə qərar qəbul edərkən ADP Ali Məclisinin iclasında yetərsay olmayıb”
# 02 fevral 2007 10:16 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyası (ADP) YAP-la dialoq barədə qərar qəbul edərkən Ali Məclisin iclasında yetərsay olmayıb. Bu barədə APA-ya Ali Məclisin üzvü Zəminə Dünyamalıyeva məlumat verib. Onun sözlərinə görə, iclasda əsasən növbəti qurultayla bağlı məsələnin müzakirəsi nəzərdə tutulmuşdu. İclasın gedişində dialoq məsələsinin ortaya çıxdığını bildirən Z. Dünyamalıyeva buna etiraz etdiyini qeyd edib: “Mən dialoq məsələsinin müzakirəyə çıxarılmasını normal saymırdım. İclasa kimi üç nəfər mətbuatda dialoqdan danışırdı, amma Ali Məclisin fikrini soruşan yox idi. Ona görə bunu Ali Məclisdə müzakirə etmək toydan sonra nağara idi. Bu vaxta qədər Ali Məclisin normal bir iclası çağırılmayıb. Ən azı noyabrda Ali Məclisin iclası çağırılmalı, dialoqla bağlı qurum üzvlərinə məlumat verilməli və yalnız bundan sonra yanvarın 27-də keçirilən iclasda qərar verilməli idi. Amma Sərdar Cəlaloğlu Ali Məclisin əvvəlcədən təminat alır, hər işi həll edəndən sonra gəlib Məclis üzvlərinin üzərinə məsuliyyət qoyur ki, bu qərarı siz verməlisiniz, biz tək həll edə bilmərik”.
Z. Dünyamalıyevanın sözlərinə görə, birinci müavin Ali Məclisdə çıxış edərək bu vaxta qədər radikal mövqe tutduqlarını, lakin bunun nəticəsinin olmadığını, əvəzində isə ADP-nin sıralarının azaldığını qeyd edib: “O, çıxışında hakimiyyətlə əməkdaşlığın tərəfdarı olduğunu bildirdi, dialoqun yox”. Partiya sədri Rəsul Quliyevin fikirlərinin əksinə olaraq, Z. Dünyamalıyeva Ali Məclisin qərarını əhəmiyyətsiz kağız hesab etmir. Onun sözlərinə görə, bu, düşünülmüş formada başlamış bir proqramdır: “Proqram da ondan ibarətdir ki, Azərbaycan cəmiyyətində müxalifət düşərgəsinin missiyası zaman-zaman seçkilərdə bitib. İndi ADP-nin Sərdar Cəlaloğlusu var və ondan istifadə edib, 2008-ci il seçkilərinə “Azadlıq” bloku və digər qüvvələrin hamısını bu ətrafda birləşdirərək, guya hakimiyyətə opponentlik etmək istəyirlər. Mən hətta YAP-da olanda da iqtidar-müxalifət münasibətlərinin normallaşmasının tərəfdarı olmuşam. Amma hazırkı proses hansısa normal dialoq dialoq yox, rəzilcəsinə bir dialoqdur”.
ADP sədrinin müavini Həsrət Rüstəmov isə APA-ya bildirib ki, Ali Məclisin iclasında kvorumun olmaması ilə bağlı deyilən fikirlər yalandır: “Ali Məclis üzvləri adbaad qeydiyyatdan keçiblər, imza ediblər və burada heç bir şübhə ola bilməz. Kvorum alınmasaydı, biz o iclası keçirməyəcəkdik”. H. Rüstəmovun sözlərinə görə, iclasda 55 nəfər iştirak edib və bu, krorumun alınması üçün yetərlidir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR