Bank Of Baku

Rusiyanın Azərbaycandakı səfiri: “Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi hazırda kifayət qədər mürəkkəb mərhələdədir”

Rusiyanın Azərbaycandakı səfiri: “Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi hazırda kifayət qədər mürəkkəb mərhələdədir”
# 02 fevral 2007 10:25 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə məlumat verən Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vasili İstratov bu məsələnin təkcə vasitəçilərdən deyil, həm də tərəflərdən asılı olduğunu bildirib. Rusiya prezidenti Vladimir Putinin dünən keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ probleminin həlli ilə bağlı səsləndirdiyini fikirləri şərh edən səfir Rusiya rəhbərinin münaqişə tərəflərini əməkdaşlığa çağırdığını xatırladıb: “Münaqişənin həlli prosesində Rusiya digər həmsədrlər kimi, maksimum konstruktiv və maksimum ədalətli fəaliyyət göstərməyə çalışır”. V.Putinin Rusiyanın Ermənistandakı hərbi bazalarının sayının artırılması barədə dediklərinə də toxunan V.İstratov təmsil etdiyi ölkənin başçısının bununla bağlı kifayət qədər dəqiq və müsbət fikirlər səsləndirdiyini diqqətə çatdırıb: “Prezident dəqiq ifadə etdi ki, Rusiyanın Ermənistandakı hərbi bazaları heç bir halda digər region ölkəsinin, o cümlədən Azərbaycanın əleyhinə yönəlməyib. Hər hansı münaqişə regionunda Rusiya hərbçilərinin olması, heç də onların həmin münaqişədə iştirakı demək deyil”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR