Bank Of Baku

Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov: “Məktəb direktorlarının çoxu dövlət himnini və dövlət bayrağının hansı rəngdə olduğunu bilmir”

Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov: “Məktəb  direktorlarının çoxu dövlət himnini və dövlət bayrağının hansı rəngdə olduğunu bilmir”
# 02 fevral 2007 10:33 (UTC +04:00)
“Bu gün Lənkəranın təhsil sistemində acınacaqlı vəziyyət yaranıb”. APA-nın cənub bürosunun məlumatına görə, bu sözləri Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov deyib. İcra Hakimiyyəti başçısı yanındakı Şuranın iclasında şəhər Təhsil Şöbəsinin müdiri Səmədağa Abdullayev 2006-cı il 23 noyabr tarixli yığıncaqdan sonra rayonda təhsilin səviyyəsinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məruzə edib. O, ötən dövr ərzində bu yöndə müəyyən irəliləyişlərə nail olunduğunu söyləməklə yanaşı, yuxarı sinif şagirdlərinin dərsə davamiyyətinin zəif olduğunu etiraf edib və bir çox problemlərin hələ də həllini tapmadığını vurğulayıb. S. Abdullayevin sözləri S. Mikayılovun kəskin reaksiyasına səbəb olub. Rayon rəhbəri məktəb direktorlarının öz vəzifə səlahiyyətlərinə qeyri-ciddi yanaşdıqlarını, onların bir çoxunun dövlət himnini və dövlət bayrağının hansı rəngdə olduğunu bilmədiyini, fənn müəllimlərinin isə dərs demədiyini və əsasən repetitorluğa üstünlük verdiyini bildirib. İcra Hakimiyyəti başçısı yerli icra nümayəndələrinə ərazilərində fəaliyyət göstərən ümumtəhsil məktəblərində dərsə davamiyyətə ciddi nəzarət etməyi tapşırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR