Bank Of Baku

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Marko Borsotti fəaliyyət müddətinin bitməsi ilə əlaqədar mətbuat konfransı keçirib

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Marko Borsotti fəaliyyət müddətinin bitməsi ilə əlaqədar mətbuat konfransı keçirib
# 02 fevral 2007 10:57 (UTC +04:00)
APA-nın məlumatına görə, M. Borsotti bildirib ki, Bakıda çalışmaq onun üçün çox asan olub: “Çünki mən italyanam və azərbaycanlılarla italyanların düşüncə tərzi üst-üstə düşür, adətlərdə də çox yaxınlıq var”. O, işlədiyi müddətdə Azərbaycanda sosial-iqtisadi sahədə aparılan işləri çox böyük və mühüm adlandırıb, yoxsulluğun azaldılması ilə bağlı dövlət proqramının hazırlanması, Pensiya Fondunda aparılan islahatlar və Əmək Məcəlləsinə edilən dəyişiklərdə BMT-nin iştirakını vurğulayıb. Diplomat qeyd edib ki, BMT ildə Azərbaycana 15 milyon dollar vəsait ayırır ki, bunun 3-3,5 milyonu BMT-nin, qalanı isə donor ölkələrin payına düşür.
Jurnalistlərin suallarını cavablandıran M. Borsotti Azərbaycanda demokratiya və insan haqları ilə bağlı dəyişikliklərdən danışaraq, ötən ilin dekabrında mətbuatla bağlı hadisələri, bəzi redaksiyaların yerləşdiyi binadan çıxarılaraq digər yerə köçürülməsini insan haqlarının pozulması kimi qiymətləndirib.
Qarabağ münaqişəsinin həlli məsələsinə gəlincə, diplomat deyib ki, bu məsələ onun səlahiyyətinə daxil olmayıb: “Belə bir səlahiyyəti BMT-nin baş katibi verməlidir, qətnamələrin yerinə yetirilməsi isə Təhlükəsizlik Şurasından asılıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR