Bank Of Baku

Gürcüstan “Repatriasiyası haqqında” qanunun qəbulunu yubatdığına görə, Axısxa türkləri Avropa Şurasına şikayət ediblər

Gürcüstan “Repatriasiyası haqqında” qanunun qəbulunu yubatdığına görə, Axısxa türkləri Avropa Şurasına şikayət ediblər
# 02 fevral 2007 11:07 (UTC +04:00)
Gürcüstan parlamenti “Repatriasiyası haqqında” qanunun qəbulunu yubadır. Bu barədə APA-ya məlumat verən Axısxa Türklərinin “Vətən” Cəmiyyətinin Azərbaycan nümayəndəliyinin rəhbəri İbrahim Burhanov bildirib ki, qanun layihəsinin parlamentin müzakirəsinə çıxarılıb-çıxarılmayacağı barədə onlara heç bir informasiya verilmir. İ. Burhanov deyib ki, qanun layihəsinin qəbul olunmasının yubadılması ilə bağlı Gürcüstan parlamentinə və Avropa Şurasına şikayət ediblər: “Qanunin qəbulu gecikdirməməlidirlər. Gürcüstanın prezidenti Mixail Saakaşvili Türkiyədə olarkən, bu prosesin 2007-ci ildə başlayacağını bildirmişdi. Proses 2007-ci ildə başlayacaqsa, qanun ilin əvvəlində qəbul olunmalıdır. Qanun isə hələ də qəbul edilmir”. İ. Burhanov deyib ki, Axısxa türklərinin doğma yurd-yuvalarına tezliklə qayıtması üçün qanunun tezliklə qəbul olunmasına səy göstərəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR