Bank Of Baku

Xanlar Vəliyev: “Ermənilərin Dağlıq Qarabağ və ətraf ərazilərdə törətdiyi cinayətlərlə bağlı 206 şəxs barəsində İnterpol vasitəsilə axtarış elan edilib”

Xanlar Vəliyev: “Ermənilərin Dağlıq Qarabağ və ətraf ərazilərdə törətdiyi cinayətlərlə bağlı 206 şəxs barəsində İnterpol vasitəsilə axtarış elan edilib”
# 02 fevral 2007 11:17 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə hərbi prokuror Xanlar Vəliyev bildirib. X. Vəliyev deyib ki, birinci istiqamət Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciəsi, ikinci istiqamət əsir düşmüş, girov götürülmüş şəxslərə işgəncələr verilməsi, üçüncü istiqamət isə erməni işğalçıların törətdikləri terror hadisələri ilə bağlıdır. Hərbi prokuror bildirib ki, erməni işğalçılarının cinayət əməlləri Cinayət Məcəlləsinin soyqırımına görə məsuliyyət nəzərdə tutan 103-cü və digər maddələri ilə tövsif edilib, iş üzrə 206 təqsirləndirilən şəxs barəsində İnterpol vasitəsilə beynəlxalq axtarış elan edilib. X. Vəliyevin sözlərinə görə, Xocalı soyqırımı ilə bağlı 31, Qaradağlı faciəsi ilə bağlı 17, Bağanis-Ayrım faciəsi üzrə 18, işgəncə faktları ilə bağlı 29, terrorla bağlı 2 nəfər təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardad çıxarılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR