Bank Of Baku

Vasili İstratov: “Rusiyadakı azərbaycanlıların zorla öz vətənlərinə qaytarılması qətiyyən baş vermir”

Vasili İstratov: “Rusiyadakı azərbaycanlıların zorla öz vətənlərinə qaytarılması qətiyyən baş vermir”
# 02 fevral 2007 11:19 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov jurnalistlərə açıqlamasında deyib. Rusiyada miqrasiya qanunvericiliyinin yerinə yetirilməsi ilə bağlı vəziyyətin idealdan uzaq olduğunu söyləyən diplomat, bununla yanaşı, son vaxtlar hansısa kəskin hərəkətlər müşahidə edilmədiyini də vurğulayıb: “İstənilən ölkə, o cümlədən Azərbaycan miqrasiya sahəsində qayda-qanun yaratmağa çalışır. Bu, normaldır”. V. İstratovun sözlərinə görə, Rusiyanın Avropa İttifaqı ilə viza rejiminin yumşaldılmasına yönələn uzunmüddətli danışıqlar mərhələsində olduğunu yaddan çıxarmaq lazım deyil. Səfir bildirib ki, son vaxtlara qədər Avropa İttifaqının Rusiyaya başlıca iradlarından biri məhz miqrasiya qanunvericiliyinin sərt olmaması ilə bağlı idi. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR