Bank Of Baku

Rusiya səfiri Azərbaycandakı siyasi qüvvələrin rəhbərləri ilə görüşməkdə problem görmür

Rusiya səfiri Azərbaycandakı siyasi qüvvələrin rəhbərləri ilə görüşməkdə problem görmür
# 02 fevral 2007 11:32 (UTC +04:00)
Rusiya səfirliyi Azərbaycanın siyasi qüvvələri ilə ünsiyyətə qarşı deyil. APA-nın məlumatına görə, Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov jurnalistlərin bu mövzuda sualını cavablandırarkən müxtəlif tədbirlərdə Azərbaycandakı siyasi qüvvələrin rəhbərləri ilə söhbət etdiyini bildirib: “Amma ayrıca olaraq onlardan yalnız biri ilə görüş keçirmişəm”. Həmin siyasətçinin adını açıqlamaq istəməyən diplomat bunu digər siyasi qüvvələri incitməmək istəyi ilə əlaqələndirib. Səfirin sözlərinə görə, hər hansı görüş təklifi gələrsə, bu təklif nəzərdən keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR