Bank Of Baku

Mehdi Mehdiyevin hüquqlarının müdafiəsi ilə bağlı bir qrup hüquq müdafiəçisi mətbuat konfransı keçirib

Mehdi Mehdiyevin hüquqlarının müdafiəsi ilə bağlı bir qrup hüquq müdafiəçisi mətbuat konfransı keçirib
# 02 fevral 2007 12:07 (UTC +04:00)
2003-cü il 16 oktyabr hadisələri zamanı Lider TV-nin müxbiri Sahil Kərimliyə xəsarət yetirməkdə ittiham olunaraq saxlanılan Müsavat Partiyasının üzvü Mehdi Mehdiyevin hüquqlarının müdafiəsi ilə bağlı bir qrup hüquq müdafiəçisi mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, M. Mehdiyevin Hüquqlarının Müdafiə Komitəsinin sədri Səidə Qocamanlı bildirib ki, S. Kərimliyə xəsarət yetirən şəxs hazırda Avropa ölkələrinin birində yaşayır və müxbiri döydüyünü etiraf edib. S. Qocamanlı bu işlə bağlı fevralın 6-da Səbail rayon Məhkəməsində hakim Alim Namazovun sədrliyi ilə iclasın keçiriləcəyini də söyləyib: “Sahil Kərimlini döyən Mehdi Mehdiyev yox, Mehdi Xəlilovdur. Bunu istintaq zamanı ifadə verən polis əməkdaşları da deyib”. Demokratiya və İnsan Hüquqları Komitəsinin direktoru Çingiz Qənizadə isə məsələdə siyasi motivlər olduğunu deyərək, bununla bağlı beynəlxalq təşkilatlara müraciət ediləcəyini söyləyib. Deputat Pənah Hüseyn isə məsələnin parlamentdə qaldırılacağını deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR