Bank Of Baku

İqdırın baş prokuroru Mustafa Kiçik: “301-ci maddənin Türkiyə Cəza Qanunundan çıxarılmasına tərəfdar deyiləm”

İqdırın baş prokuroru Mustafa Kiçik: “301-ci maddənin Türkiyə Cəza Qanunundan  çıxarılmasına tərəfdar deyiləm”
# 02 fevral 2007 12:27 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın bir qrup KİV rəhbəri ilə görüşdə İqdırın baş prokuroru Mustafa Kiçik söyləyib. O, hazırda geniş müzakirə mövzusuna çevrilən 301-ci maddənin mahiyyətini açıqlayıb: “Bu maddə Türkiyə Cəza Qanununda “Türklüyü, cümhuriyyəti və dövlətin qurum və orqanlarını təhqir etmək” adı altında təsbit olunub. Bu maddəyə görə türklüyü, cümhuriyyəti və dövlət qurumlarını ikidən artıq şəxsin önündə təhqir etmək cinayət sayılır və belə şəxsləri 6 aydan 3 ilə qədər həbs cəzası gözləyir. Maddənin ikinci bəndinə görə, Türkiyə hökumətini, ordusunu, polis və ədliyyə orqanlarını iki və daha artıq şəxs qarşısında təhqir edən şəxsi 6 aydan 2 ilə kimi cəza gözləyir. Bundan başqa, bu maddədə belə bir bənd var. Əgər Türkiyə vətəndaşı türklüyü, cümhuriyyəti və dövlətin qurum və orqanlarını xarici dövlət ərazisində təhqir edərsə, o zaman həmin şəxsə verilən cəzanın müddəti üç dəfə artırılır. Qeyd olunan obyektləri tənqid etmək isə cinayət sayılmır”. M. Kiçik Türkiyə ərazisində türklərdən başqa bir çox millətlərin yaşadığını qeyd edib: “Bizim əcdadlarımız heç bir zaman həmin insanlara, başqa millətlərin nümayəndələrinə yuxarıdan aşağı baxmayıb, heç zaman onlara qarşı ayrı-seçklik etməyib. Bu an belə Türkiyə Cümhuriyyəti sərhədləri daxilində yaşayan bütün insanlar eyni hüquqlara sahibdir. İndi bəzi vətəndaşlarımız “biz kürdük”, “biz erməniyik” deyə ayrı-seçkilik edərlərsə, Türkiyənin ünvanına pis fikirlər söyləyərsə, təbii ki, bu, bir türk kimi mənim qanıma toxunur. Kimsənin bu ölkənin, torpağın çörəyini yeyib, bu dövləti təhqir etmək hüququ yoxdur. Amma bir prokuror kimi deyirəm, əgər Türkiyə Böyük Millət Məclisi 301-ci maddəni ləğv edərsə, o zaman biz də qanunları icra edən bir qurumun nümayəndəsi olaraq həmin qərarı yerinə yetirəcəyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR