Bank Of Baku

İqdır baş prokuroru Mustafa Kiçik: “Ermənistandan qanunsuz yolla Türkiyəyə keçmək faktı aşkarlanmayıb”

İqdır baş prokuroru Mustafa Kiçik: “Ermənistandan qanunsuz yolla Türkiyəyə keçmək faktı aşkarlanmayıb”
# 02 fevral 2007 13:01 (UTC +04:00)
“İqdır üç xarici dövlətlə sərhədə malik bir vilayət olsa da, burada qanunsuz olaraq sərhəd keçmə halına o qədər də rast gəlinmir”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə İqdır baş prokuroru Mustafa Küçük verib. O, sərhədi qanunsuz keçmə hallarının əsasən İran sərhədi istiqamətində qeydə alındığını bildirib: “İran sərhədi yaxınlığında Doğubəyazit adlanan bir rayonumuz var. Orada bu işlə məşğul olan şəxslər çoxdur. İranda bəzi qruplar Türkiyəyə, buradan isə başqa ölkələrə qanunsuz mühacirət etmək niyyətində olan insanları bir yerə toplayır, müəyyən məbləğ müqabilində Türkiyəyə keçirirlər. Keçən il İqdırda iki dəfə sərhədi qanunsuz keçmə faktı qeydə alınıb. Sərhədi gizli yolla keçərkən əsgərlərimiz onlardan birini Pakistan vətəndaşına atəş açıb və həmin şəxs hadisə yerində öldü. Yük maşınına minərək ərazidən qaçmaq istəyən digər şəxsləri isə həbs edə bildik. Bir dəfə isə Ağrı dağının ətəklərində bir kəndimiz var, oradan bir qrup mühacir qanunsuz olaraq Türkiyə ərazisinə keçmək istəyərkən jandarma qüvvələrimiz tərəfindən yaxalanıb”. Mustafa Küçük Ermənistan ərazisindən qanunsuz yolla Türkiyəyə keçmək faktının aşkarlanmadığını deyib: “Ermənistanda mal-qara çox ucuzdur, buna görə bəzi Ermənistan vətəndaşları bizim dağlıq kəndlərin sakinləri ilə əlaqə yaradaraq ərazimizə qoyun və mal-qara keçirmək istəyiblər. Biz bu barədə məlumat alan kimi vəziyyəti nəzarət altına aldıq və həmin şəxslər məqsədlərinə çata bilmədilər. Ermənistan sərhədində əsasən mal-qara qaçaqmalçılığı ehtimalı mövcuddur. Lakin Türkiyənin Ermənistanla sərhəddə yaşayan istər azərbaycanlı, istərsə də kürd vətəndaşlarımızın ermənilərlə dil və din bağlılığı olmadığı üçün bu ərazidə mal-qara qaçaqmalçılığı gerçəkləşdirmək ehtimalı çox zəifdir”. Mustafa Küçük bu günə kimi Azərbaycan-Türkiyə sərhədinin qanunsuz olaraq keçirilməsi halına rast gəlinmədiyini deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR