Bank Of Baku

“Miqrasiya haqqında” qanunun tətbiqindən indiyə qədər Rusiyadan 20-dək azərbaycanlı deportasiya olunub

“Miqrasiya haqqında” qanunun tətbiqindən indiyə qədər Rusiyadan 20-dək azərbaycanlı deportasiya olunub
# 02 fevral 2007 13:43 (UTC +04:00)
Bu barədə APA-ya Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin I Ərazi Dairəsinin sədri Şakir Səlimov məlumat verib. Onun sözlərinə görə, 2006-cı ilin son doqquz ayı ərzində isə Rusiyadan 1000-ə yaxın soydaşımız Azərbaycana göndərilib. Ş.Səlimov deyib ki, Rusiyanın yeddi regionuna hər gün təxminən 100-dək soydaşımız sənədlərini qaydaya salmaq məqsədi ilə müraciət edir. Dövlət komitəsinin təmsilçisi hər gün bir neçə dəfə həmin qərargahlarla əlaqə saxlandığını da bildirib: “Bu günə qədər soydaşlarımızla bağlı elə bir narahatedici fakt qeydə alınmayıb”. Ş.Səlimov mövcud vəziyyətlə bağlı Rusiyada ticarət fəaliyyəti ilə məşğul olan azərbaycanlıların problemlərinin öyrənilməsi və həll edilməsi üzrə Dövlət Komissiyasının sədrinə mütəmadi məlumat verildiyini də vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR