Bank Of Baku

Həsrət Rüstəmov: “ Biz YAP-dan qərarımızı anlayışla qəbul etməyi gözləyirik”

Həsrət Rüstəmov: “ Biz YAP-dan qərarımızı anlayışla qəbul etməyi gözləyirik”
# 02 fevral 2007 13:45 (UTC +04:00)
“YAP-la dialoqun baş tutması üçün ADP-nin “Azadlıq” blokundan çıxması barədə şərt olacağı halda, biz bu şərti qəbul etməyəcəyik”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin müavini Həsrət Rüstəmov deyib. YAP funksionerlərinin mətbuata verdikləri açıqlamaları bu partiyanın rəsmi münasibəti kimi qəbul etmədiklərini bildirən H. Rüstəmov hakim partiyanın təmsilçilərinin ADP-nin qərarını düzgün anlamadıqlarını güman edir: “Biz hökumətə əməkdaşlıq təklif etməmişik, eyni koalisiyada olmaq fikrində deyilik, onların hansısa siyasətini dəstəkləməklə bağlı qərar qəbul etməmişik. Yalnız iqtidar-müxalifət münasibətlərinin normal məcraya düşməsi üçün qərar qəbul edib birinci addımı atmışıq. Biz problemlərin dialoqla həllinə hazırıq. Amma onlar bunu düzgün başa düşməyib, əlavə şərhlər verirlər. Buna görə artıq rəsmi qərarı göndərmişik və güman ki, indi bizim qərarı dəqiq başa düşdükdən sonra dialoq prosesi başlayacaq. Bizim şərtimiz yalnız ondan ibarətdir ki, siyasi dialoq və konstruktivizm istiqamətində hərəkət etmək niyyətindəyik. Qarşı tərəfdən də bu cür anlayış gözləyirik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR