Bank Of Baku

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin ötən il qəbul etdiyi 1560 qərar arasında Azərbaycanla bağlı cəmi bir qərar olub

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin ötən il qəbul etdiyi 1560 qərar arasında Azərbaycanla bağlı cəmi bir qərar olub
# 02 fevral 2007 14:25 (UTC +04:00)
2006-cı il ərzində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən 1560 qərar qəbul edilib. Avropa Məhkəməsindən APA-ya verilən məlumata görə, ötən ilin sonuna Avropa Məhkəməsinin icraatında 89 min 887 ərizə qalıb ki, bu da 2005-ci ilə nisbətən 40 faiz çoxdur. Qeyd edək ki, 2002-ci ildən 2006-cı ilin sonunadək İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə Azərbaycan dövləti arasında 35 şikayət üzrə yazışma aparılıb. Həmin işlərdən 11-i bu və ya digər səbəblərdən Avropa Məhkəməsi tərəfindən rədd edilib, 1 iş üzrə (Fəhmin Hacıyev) Azərbaycana qarşı qərar qəbul olunub. 23 iş üzrə isə yazışmalar davam etdirilir. 2007-ci ilin ilk iki ayında isə Avropa Məhkəməsi Azərbaycandan göndərilən şikayətlərlə bağlı 2 qərar qəbul edib. Sərdar Cəlaloğlu və “Evsiz bakılılar”ın işləri üzrə çıxarılan qərarlarda dövlətin həmin vətəndaşlara müvafiq məbləğdə təzminat ödəməsi qeyd olunub. Avropa Məhkəməsinə Azərbaycandan göndərilən şikayətlər Avropa Konvensiyasının bütün maddələrini əhatə etsə də, şikayətlərin böyük qismi Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ), 11-ci (birləşmək hüququ), və Birinci Protokolun 1-ci (mülkiyyət hüququ) maddələrinin pozulması ilə bağlıdır.
Qeyd edək ki, Azərbaycandan Avropa Məhkəməsinə 2003-cü ildə 360, 2004-cü ildə 251, 2005-ci ildə isə 172 şikayət göndərilib. 2006-cı ilin statistikası isə bu ilin ortalarında açıqlanacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR