Xaqani-33 ünvanından çıxarılan qurumların apellyasiya şikayəti təmin olunmayıb
02 fevral 2007 14:32 (UTC +04:00)
Bu gün İqtisad Məhkəməsində “Azadlıq”, “Bizim yol” qəzetlərinin, “Turan” İnformasiya Agentliyinin, “Yeni Nəsil” Jurnalistlər Birliyinin və digər qurumların Xaqani küçəsi-33 ünvanından çıxarılması ilə bağlı apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Bu barədə APA-ya “Azadlıq” qəzetinin direktoru Azər Əhmədov məlumat verib. Hakim Raziyə Ataşovanın sədrliyi ilə keçirilən prosesdə 1 saylı yerli İqtisad Məhkəməsinin 24 noyabr 2006-cı il tarixli qətnaməsi qüvvədə saxlanılıb. A.Əhmədov hüquqlarının bərpası üçün sonadək mübarizə aparacaqlarını, Azərbaycanda bütün məhkəmə instansiyalarından keçəndən sonra İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edəcəklərini söyləyib. Qeyd edək ki, 1 saylı yerli İqtisad Məhkəməsinin 24 noyabr 2006-cı il tarixli qətnaməsi ilə adı çəkilən qurumlar Xaqani-33 ünvanından çıxarılıb. Məhkəmənin qərarı dərhal icraya yönəldilib. /APA/
Daxili siyasət
Parlamentin növbəti iclasının gündəliyi açıqlanıb - YENİLƏNİB
15:14
21 may 2024
Siyavuş Novruzov: Fəvvarələr meydanında camaatın gəzdiyi yerdə foto çəkdirirlər, mitinq kimi təqdim edirlər
12:19
21 may 2024
Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq
12:16
21 may 2024
Milli Məclisin iclası başlayıb
11:01
21 may 2024