Bank Of Baku

Elmar Məmmədyarov BMT-nin sabiq və yeni nümayəndələrini qəbul edib

Elmar Məmmədyarov BMT-nin sabiq və yeni nümayəndələrini qəbul edib
# 02 fevral 2007 15:43 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda fəaliyyət müddəti başa çatan BMT-nin rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının (İP) rezident nümayəndəsi Marko Borsottini və yeni nümayəndə Bruno Puezatı qəbul edib.
XİN-in Mətbuat Mərkəzindən APA-ya daxil olan məlumata görə, M.Borsotti Azərbaycanın regionda lider dövlətə çevrildiyini və aparılan iqtisadi islahatlar nəticəsində davamlı inkişaf edəcəyini vurğulayıb.
Öz növbəsində, E.Məmmədyarov Azərbaycanın BMT İP ilə əməkdaşlı əməkdaşlığa mühüm önəm verdiyini və bunun davam etdiriləcəyini söyləyib. Nazir Azərbaycanın qeyri-neft sektorunun inkişaf etdirilməsində maraqlı olduğunu, ilk növbədə, kənd təsərrüfatı, nəqliyyat, informasiya texnologiyaları sahələrinin inkişaf etdirilməsi istiqamətində mühüm işlərin görüldüyünü, Azərbaycanda investisiya imkanlarının da artırılmasının vacibliyini bildirib. Xüsusilə informasiya texnologiyaları sahəsində irəliləyişin ölkəmizdə vətəndaş cəmiyyətinin qurulması və yeni nəslin təkmilləşməsində mühüm rolu olacağını bildirən nazir BMT İP ilə cari ildə məhz bu sahədə əməkdaşlığı davam etdirməyi zəruri hesab edib.
Görüşün sonunda M. Borsotti BMT-nin Azərbaycanda yeni rezident-əlaqələndiricisi B.Puezatı nazirə təqdim edərək, yeni nümayəndənin geniş iş planının həyata keçirilməsi istiqamətində çalışacağını bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR