Bank Of Baku

Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammarberq Azərbaycana gələcək

Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammarberq Azərbaycana gələcək
# 02 fevral 2007 15:47 (UTC +04:00)
Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammarberq Azərbaycana səfər etməyi planlaşdırır. Bu barədə APA-ya T. Hammarberqin ofisindən məlumat verilib. Səfər martın ikinci yarısına planlaşdırılsa da, aprel ayında da baş tuta bilər. Komissarın minimum bir həftə Azərbaycanda olacağı, bu müddətdə prezident, baş nazir, bəzi nazirlər, parlament üzvləri, hakimlər, QHT nümayəndələri, hüquq-müdafiəçiləri ilə görüşəcəyi, cəzaçəkmə müəssisələrinə baş çəkəcəyi və ölkədə insan hüquqlarının vəziyyəti ilə ətraflı tanış olacağı bildirilir. Səfərdən təxminən 3 ay sonra T. Hammarberq Azərbaycanla bağlı hesabat hazırlayaraq Avropa Şurasına təqdim edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR