Bank Of Baku

Etimad Əsədov: “Biz öz silahdaşımızın qayğısına qalmırıqsa, hökumətdən niyə bunu umuruq?”

Etimad Əsədov: “Biz öz silahdaşımızın qayğısına qalmırıqsa, hökumətdən niyə bunu umuruq?”
# 03 fevral 2007 10:45 (UTC +04:00)
Təəssüflər olsun ki, hərəkatın fəaliyyəti hazırda sıfır səviyyəsindədir. İnsanlar taleyin ümidinə buraxılıblar. Bu hadisələrdə iştirak edən Müsavat Məclisinin üzvü Mehdi Mehdiyevin fevralın 6-da məhkəməsi keçiriləcək. Amma hamı yaxasını kənara çəkir, ona lazımi şəkildə dəstək verilmir”. Bu sözləri APA-ya açıqlamasında Qarabağ Qazilər Birliyinin sədri Etimad Əsədov deyib. E.Əsədov M. Mehdiyevin timsalında demokratik qüvvələrin apardığı mübarizədə xüsusi xidmətləri olanlara hörmət edilmədiyini də vurğulayıb: “Mənim iradlarım diqqətsizliklə bağlıdır. İnsanlar keçdikləri keçməkeşli yollardan və məhrumiyyətlərdən sonra taleyin ümidinə buraxılmamalıdırlar. Burada söhbət təkcə Mehdi Mehdiyevdən getmir. Digər tərəfdən, Mehdi Mehdiyev Müsavat Məclisinin üzvü olub. Biz öz silahdaşımızın qayğısına qalmırıqsa, hökumətdən niyə bunu umuruq? Həmin hadisələr zamanı həbs olunanlarla bağlı beynəlxalq təşkilatlara müraciət edilməlidir, bizim isə adi məktubu hazırlamağa kompüterimiz belə yoxdur. Bizim üzdə olanlarımız yalnız özləri Avropa Məhkəməsinə müraciət edib, cavabını səbirsizliklə gözləyirlər. Mənim konkret fikrim budur ki, bu laqeydliyə, hərəkatın fəaliyyətsizliyinə görə, 2003-cü il prezident seçkiləri zamanı “Bizim Azərbaycan” blokunun rəhbərliyində təmsil olunanlar və blokun təsisçiləri günahkardırlar”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR