Bank Of Baku

Serbiya Kosovonun statusuna dair BMT planını rədd edib

Serbiya Kosovonun statusuna dair BMT planını rədd edib
# 03 fevral 2007 11:14 (UTC +04:00)
APA-nın xəbərinə görə, B. Tadiç BMT-nin xüsusi elçisi Martti Axtisaari ilə görüşünün yekunlarına dair verdiyi yazılı bəyanatda planın Kosovonun müstəqilliyi üçün yeni imkanlar açdığını, bu səbəblə Belqrad tərəfindən heç vaxt qəbul olunmayacağını açıqlayıb: “Kosovoya sırınan müstəqillik təhlükəli siyasi və hüquqi presedent yaradacaq”.
Qeyd edək ki, M. Axtisaari fevralın 2-də Serbiyanın Kosovo muxtar diyarının statusu haqqında planı həm Belqrada, həm də Priştinaya təqdim edib. Sənədin mətni açıqlanmasa da, onun əsas prinsipləri bəlli olub. Planda müstəqillik sözündən istifadə olunmasa da, Kosovonun öz Konstitusiyasının olması nəzərdə tutulur. Sənədə əsasən Kosovo hökuməti beynəlxalq danışıqlar apara, müqavilələr bağlaya və beynəlxalq təşkilatlara üzv ola bilər. Xatırladaq ki, formal olaraq Serbiya ərazisi sayılan Kosovo 1999-cu ildən bəri BMT tərəfindən idarə olunur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR