Bank Of Baku

İTV Yayım Şurasının səlahiyyət müddəti başa çatan üç üzvünün yerinə yeni namizədlərin irəli sürülməsinə başlanıb

İTV Yayım Şurasının səlahiyyət müddəti başa çatan üç üzvünün yerinə yeni namizədlərin irəli sürülməsinə başlanıb
# 06 fevral 2007 10:01 (UTC +04:00)
İctimai Televiziyanın (İTV) Yayım Şurasının səlahiyyət müddəti başa çatan üç üzvünün yerinə yeni namizədlərin irəli sürülməsi prosesi başlayıb. Bu barədə APA-ya İTV Yayım Şurasının sədri Cahangir Məmmədli məlumat verib. Onun sözlərinə görə, mart ayında idman təşkilatlarının, dini və yaradıcı qurumların şuradakı təmsilçilərinin səlahiyyət müddəti başa çatır. Həmin təşkilatlar ya yeni namizədlər irəli sürməli, ya da köhnə üzvləri yenidən təsdiqlənmək məqsədilə Milli Televiziya və Radio Şurasına (MTRŞ) təqdim etməlidirlər. Martın əvvəlində isə həmin namizədlər MTRŞ tərəfindən Milli Məclisə təqdim olunmalıdır.
Xatırladaq ki, hazırda İTV Yayım Şurasında dini qurumları Salman Musayev, yaradıcı təşkilatları Altay Zahidov, idman təşkilatlarını isə Ağacan Əbiyev təmsil edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR