Bank Of Baku

Roald Saqdeyev: “Azərbaycan və Qazaxıstan regionda aparılan demokratik və iqtisadi dəyişikliklər prosesində lider ölkədir”

Roald Saqdeyev: “Azərbaycan və Qazaxıstan regionda aparılan demokratik və iqtisadi dəyişikliklər prosesində lider ölkədir”
# 06 fevral 2007 12:59 (UTC +04:00)
APA-nın məlumatına görə, o, 1990-cı ildən ABŞ-da yaşadığını, SSRİ dövrində Kosmik Tədqiqatlar İnstitutunun direktoru vəzifəsində çalışdığını deyib, Ali Sovetin deputatı və Mixail Qorbaçovun komandasında olduğu dövrdə baş verən hadisələrdən danışıb. SSRİ-nin dağılmasının səbəblərdən birinin Qorbaçov-Yeltsin qarşıdurması olduğunu söyləyən akademik bildirib ki, Mixail Qorbaçev ABŞ-da “Vaşinqton Post” qəzetinin naşirləri ilə görüşdə əsas səhvlərindən danışarkən, yarızarafat-yarıgerçək deyib ki, gərək Boris Yeltsini “banan ölkələrin”dən birinə səfir göndərərdi. Hazırda post-sovet ölkələrdəki vəziyyətə qiymət verən akademik bildirib ki, Azərbaycan və Qazaxıstan regionda aparılan demokratik və iqtisadi dəyişikliklər prosesində lider ölkələrdir. Rusiyada hal-hazırda ən böyük problemin demoqrafik məsələlərlə bağlı olduğunu diqqətə çatdıran R.Saqdeyev alimlərə istinadən Rusiya əhalisinin ildə 1 milyon nəfər azaldığını, 21-ci əsrin ortalarında bu ölkənin cəmi 90 milyon nəfər olacağını qeyd edib.
Qeyd edək ki, R.Saqdeyevin yenidənqurmaya qədər də islahatçı kimi tanındığı söylənilir. O, SSRİ dağılmasını qabaqcadan görənlərdən olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR